Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident cənab İlham Əliyevin Sərəncamı əsasında, Goranboyda avtomobil yollarının asfaltlaşdırılması davam etdirilir.

11 sentyabr 2021 | 03:19

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Goranboy rayonunda 14 min nəfər əhalinin istifadə etdiyi 6 kəndi birləşdirən 16 km Dəliməmmədli-Düzqışlaq-Baxçakürd-Dəyirmanlar-Azad-Nizami  avtomobil yolunun tikinti işlərinə başlanılmışdır. Hazırda yolun Nizami kəndinə gedən 4 km–lik hissəsində asfaltlaşdırma işləri aparılır. Goranboy  rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və yerli ağsaqqallarla birgə aparılan işlərlə yerində tanış oldu. Kənd ağsaqqalları yol çəkilişi və görülən digər bütün işlərə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər