10 oktyabr 2017-ci ildə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Hazırəhmədli kəndinin əhalisi ilə görüş keçirmişdir.
Görüşdə hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir. Kənd icra nümayəndəsi və bələdiyyə sədri görülmüş işlər və problemlər barədə məlumat vermiş, sonra sakinlərin onları narahat edən problemləri dinlənilmişdir. sakinlər «Ağsu» adlanan suvarma arxının betonla çəkilməsi pay torpaqlarının suvarılması üçün bir ədəd subartezian quyusunun qazılması, kəndarası rabitə xətlərinin nasaz dayaqlarının dəyişdirilməsi, uşaq bağçasının təmiri və 620 nömrəli subartezian quyusu üçün yeni lülə qazılması barədə təkliflər səsləndirmişlər. Qaldırılan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.
|
|
|
|