Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti başçısı “Azərpambıq” MMC-nin Goranboy Filialında cari ilin pambıq səpini işləri ilə bağlı, bir qrup istehsalçı və məsul şəxslərlə müzakirələr apardı.

15 aprel 2021 | 03:12

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev “Azərpambıq” MMC-nin Goranboy rayon Filialında bir qrup istehsalçı və məsul şəxslərlə görüşdü, cari ilin pambıq səpini, mövsümi tütün əkini,  suvarma təminatının ödənilməsi,  baramanın yetişdirilməsi  ilə bağlı saxlama yerlərinin  hazırlanması  və kümçülərlə birgə maarifləndirici tədbirlərin  həyata keçirilməsi, bu sahələrdə aqrotexniki və digər zəruri tələbatın ödənilməsi barədə müzakirələr apardı.İcra Başçısı bu sahədə tələb olunan işlərin vaxtında və məqsədyönlü həyata keçirilməsi ilə bağlı, aidiyyəti məsul şəxslərə və mütəxəssislərə müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.

 

Keçidlər