Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

08 aprel 2021 | 16:00

Goranboy rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon Ağsaqqallar Şurasının üzvləri və ictimai fəallar  iştirak edib.Konfransda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Konfransın gündəliyinə əsasən rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi Respublika Ağsaqqallar Şurasının yeni qəbul olunmuş Əsasnamə və Nizamnaməsi əsasında yekdilliklə qəbul olunub. Daha sonra rayon Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibi, şuranın sədri və sədr müavini, həmçinin Nəzarət-Təftiş komissiyasının üzvlərinin seçilməsi üçün səsvermə keçirilib. Məmmədov Rəddin Talış oğlu rayon Ağsaqqallar Şurasının sədri seçilib.Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov və rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıblar. Rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirib, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

 

Keçidlər