Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin başçısı rayonun digər rəhbər şəxsləri və ictimai fəallar ilə birgə, Goranboy şəhəri Civəzadə küçəsində aparılacaq yenidənqurma işlərini birgə müzakirə etdilər.

03 aprel 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və ictimai  fəallar ilə birgə, Goranboy şəhəri Civəzadə küçəsində aparılacaq yenidənqurma işlərini birgə müzakirə etdilər. İcra Başçısı burada yerləşən yaşayış binalarının kommunikasiya təminatının vəziyyəti ilə tanış oldu, sakinlərlə səmimi söhbət apardı. Sakinlər Civəzadə küçəsində, xüsusən də Polis şöbəsinin qarşısında küçənin ensiz olması, genişləndirilməsi məqsədi ilə, orta hissədə quraşdırılmış işıq dirəklərinin sağ-sol hissələrə çəkilməsi, həmin küçədən birbaşa rayon Mərkəzi Xəstəxanasına  və rayonun iri istehsal müəssisəsi olan “Qalib Qroup” MMC-nə giriş yolunun olmaması barədə problemləri diqqətə çatdırdı. İcra başçısı bu problemlərin aradan qaldırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.

 

Keçidlər