Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun təşəbbüsü ilə, Goranboy rayonunda Xocalı Soyqırımı Şəhidlərinin xatirəsinə 613 ədəd ağac əkildi.

26 fevral 2021 | 10:01

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımında erməni faşistləri tərəfindən xüsusi qəddarlıqla öldürülmüş 613 şəhidin xatirəsinə ehtiram əlaməti olaraq Goranboyda  ağacəkmə aksiyası keçirilib.
Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, idarə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Keçirilən  aksiya pandemiya dövrünün tələb və qaydalarına uyğun təşkil olundu.
Aksiya zamanı 613 ədəd müxtəlif növ, o cümlədən 263 yerli xurma( xirnik), 150 alma, 90 ərik, 60 iydə və 50 heyva  ağacları əkildi.

 

Keçidlər