Şriftin ölçüsü :

Saytın rəngi :

Qarın yaratdığı fəsadlar aradan qaldırıldı

25 fevral 2021 | 16:00

Goranboyda yağan qar mərkəzi küçələrdə nəqliyyatın hərəkətində və piyada keçidlərində müəyyən çətinliklər yaradıb. Bununla əlaqədar şəhərdaxili yolların qardan təmizlənməsi işləri həyata keçirilib. Goranboy Kommunal Müəssisələri Kombinatı idarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyir. Yolların qardan təmizlənməsi üçün mərkəzi küçələrə idarənin texnikası və 40 nəfər canlı qüvvəsi cəlb olunub. Yolların təmizlənməsi üçün əsasən duzdan və qumdan istifadə olunub. Günorta saatlarından artıq yollar təmizlənib hərəkət tamamilə bərpa olunub.

 

Keçidlər