Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda COVİD-19 virusuna qarşı vaksinasiya prossesi davam etdirilir

25 fevral 2021 | 16:00

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq aparılan vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
Artıq vaksinasiyanın birinci mərhələsində risk qrupuna daxil olan səhiyyə işçiləri peyvənd olunub. Respublikamızın hər yerində olduğu kimi, Goranboyda da vaksinasiya prosesi davam etdirilir. Bu günə kimi  2342 nəfər, o cümlədən yaşı 65-dən yuxarı-681 nəfər, 50-65 yaş arası-1340 nəfər və 50 yaşadək - 321 nəfər şəxs peyvənd olunub, 3010 nəfər müvafiq elektron qaydada qeydiyata alınıb.
Məlumat üçün bildirək ki, Goranboy rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Mərkəzi Xəstəxanada  1 həkim  otağı, 1 qeydiyyat otağı,1 gözləmə otağı, 1 müayinə otağı, 1 operator otağı, 3 vaksinasiya otağı,  2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.

 

 

Keçidlər