Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, vətəndaşın fərdi yaşayış evi dövlət vəsaiti hesabına yenidən tikilir.

19 fevral 2021 | 01:53

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərini ağır artilleriyadan atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın siyahıya alınması üçün  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə, Nazirlər Kabinetinin Qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Maliyyə Nazirliyi və rayon İcra Hakimiyyətinin iştirakı ilə müvafiq Komissiya yaradılmışdır. Komissiya Goranboy rayonunun cəbhəyanı ərazilərdə yerləşən Aşağı Ağcakənd, Meşəli, Qaraçinar, Yenikənd, Zeyvə, Hacallı, Səfikürd, Şahməmmədli, Qarasüleymanlı, Qızlhacılı,Tap Qaraqoyunlu və Tap yaşayış məntəqələrindəki vətəndaşların şəxsi əmlaklarına və evlərinə  atılan mərmi partlayışları nəticəsində  dəymiş ziyanları müəyyənləşdirmişdir. 
Komissiya tərəfindən yerlərdə Goranboy rayonu üzrə 471 obyektə baxış keçirilmiş, bundan 371 nəfərə ziyan dəyməsi müəyyən edilərək  aktlar  tərtib edilmişdir. Həmin aktlar əsasında sözü gedən Komisssiya tərəfindən qiymətləndirmə aparılmış, Kapital bankın Goranboy rayon filialında həmin şəxslərin hesab nömrələri açılmış, müvafiq kartlar verilmiş və həmin kartlara Komissiyyanın müəyyən etdiyi məbləğdə pul köçürmələri təmin edilmişdir.
O  cümlədən ciddi ziyan dəymiş 5 fərdi yaşayış evinin yenidən tikintisinin aparılması nəzərdə tutulmuşdur.
Bu məqsədlə, Zeyvə kənd sakini Qədimov Hikmət Cəlal oğlunun fərdi yaşayış evinin tikinti işlərinə başlanılmışdır. Goranboy rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ceyhun Həsənov digər məsul vəzifəli şəxslərlə birgə Zeyvə kəndində aparılan tikinti işləri ilə yerində tanış oldu.

 

Keçidlər