Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd edilib

14 fevral 2021 | 02:07

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət xidməti rayon şöbəsi əməkdaşlarının, hüquq mühafizə və ədliyyə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə, Ümummilli Lider Heydər Əliyevin Goranboy şəhər mərkəzində ucaldılmış abidəsi önündə  qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq Dahi Şəxsiyyətə ehtiramlarını bildirmişlər.Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin rəisi Abidin Rüstəmov Dövlət Xidmətinin keçdiyi qısa yoldan və Goranboy şöbəsinin fəaliyyətindən danışıb.Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Dövlət xidmətinin rayon şöbəsi əməkdaşlarının timsalında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün şəxsi heyətini peşə bayramı münasibətilə təbrik edib, onlara dövlətə, orduya, xalqa xidmətdə yeni-yeni uğurlar arzulayıb.Digər çıxış edənlər xidmət əməkdaşlarını təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıblar.Tədbirin sonunda şöbənin bir neçə əməkdaşı rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı  ilə təltif ediliblər.

 

Keçidlər