Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin problemləri həll edilir.

13 fevral 2021 | 16:00

Qızılhacılı qəsəbəsindən Şəhid Elman Həsənovun atası Mehman Həsənovun fərdi yaşayış evinə telefon xəttinin çəkilməsi ilə bağlı müraciəti, rayon İcra Hakimiyyəti başçısının diqqəti və birbaşa tapşırığı ilə operativ həll edilmişdir.
İcra Başçısının tapşırığına əsasən,  rayon İcra Hakimiyyətinin şöbə müdiri Sərdar Sadıqov, Şəhid ailəsinin müraciətinin operativ həll edilməsi ilə bağlı,  işlərin icrasına yerində nəzarət etmiş,   Şəhid ailəsinin narahatçılığı nəzərə alınaraq, Qəsəbə bələdiyyəsinin telefon nömrəsi Şəhid ailəsinə verilərək ailənin fərdi yaşayış evinə telefon-rabitə xətti çəkilmişdir. Şəhid ailəsi bu diqqət və qayğıya görə ölkə rəhbəri  Prezident cənab İlham Əliyevə  öz minnətdarlığını bildirmişdir.
Gələcəkdə Qəsəbə ATS-na yeni telefon nömrələri verildikdə, bələdiyyənin telefon xətti yeni nömrə ilə əvəz edilməklə bərpa ediləcəkdir.

 

Keçidlər