Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Şəhidlərinin xatirəsinə Tatarlı kəndində inşa edilmiş bulaq kompleksi istifadəyə verildi.

12 fevral 2021 | 16:00

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, digər vəzifəli şəxslər, Şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etdi. İlk olaraq, Səfikürd kənd Şəhidlər Xiyabanında Şəhidlərimizin məzarları ziyarət olundu və ruhlarına dualar oxundu. Sonra isə bulaq kompleksi önündə tədbir davam etdirildi,  müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi və cənab Ali Baş Komandanın rəhbərliyi altında  əldə olunmuş bu Zəfərdə Müzəffər Azərbaycan Ordusunun, o cümlədən Şəhidlərimizin keçdiyi şərəfli və  rəşadətli döyüş yoluna nəzər salındı.

 

Keçidlər