Şriftin ölçüsü :

Saytın rəngi :

Yaralanmış “Vətən Müharibəsi” qaziləri evlərində ziyarət edildi.

10 noyabr 2020 | 08:43

Goranboy rayon icra hakimiyyətinin məsul şəxsləri Qarabağ Müharibəsi Əlilləri və Şəhid Aillələri İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev, Çernobıl əlilləri İttifaqı İctimai Birliyi Goranboy rayon filialının sədri Namiq Məmmədov və digər ziyalılar ilə birgə yaralanmış “Vətən Müharibəsi” iştirakçıları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən çağırışçı olan Goranboy şəhər sakinləri Mustafayev Nazim Şəmil oğlu
və Seyidov Seyidəli Şakir oğlunu ziyarət etdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə göstərdikləri xidtmətlərə görə öz təşəkkürünü bildirən ziyarətçilər, ailələrin problemləri ilə də maraqlandılar. Dövlətimizin şəhid ailələrinə və müharibə veteranlarına qayğısını xatırladan qonaqlar onların da bu diqqətdən kənar qalmayacaqlarını bildirdilər.

 

Keçidlər