Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Goranboy rayonunun inzibati rayon kimi yaradılmasının 90 illiyi tamam olur.

09 avqust 2020 | 05:12

Goranboy rayonu - inzibati ərazi vahidi kimi Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 8 avqust 1930-cu il tarixli qərarı ilə yaradılmışdır.
Sahəsi-1700.25 km2, əhalisi-116,9 min nəfərdir. O cümlədən rayon ərazisində 11847 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. Rayonda 2 şəhər, 6 qəsəbə, 79 kənd var.
Rayon inzibati ərazi vahidi kimi 1930-cu ildə yaradılsa da, Goranboy çoxəsrlik zəngin tarixə malik yaşayış məskəni kimi, Azərbaycanın  qədim yurd yerlərindən biridir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji qazıntılar və elmi araşdırmalar  nəticəsində aşkar edilmiş, tunc və  dəmir dövrlərini əhatə edən maddi mədəniyyət nümunələrinin olduğu Səfikürd, Borsunlu və digər qədim yaşayış məskənləri, erkən orta əsrlər dövrünə aid kurqan və sərdabələr bunu bir daha sübut edir. Goranboy rayonu tarixi İpək yolunun üzərində yeləşməklə Qara dənizlə Xəzər dənizi arasında strateji rol oynamış, bəşər sivilizasiyasına öz töhfələrini vermişdir. V-VII əsrlər Alban məbədləri, IX-XII əslər Şətəl şəhər və Gülüstan qalaları bunu bir daha təsdiq edir.
Azərbaycan tarixində siyasi əhəmiyyət kəsb edən 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay və 1813-cü il oktyabrın 13-də Rusiya ilə İran arasında bağlanmış  Gülüstan müqavilələri  rayonumuzun ərazisində imzalanmışdır.
Goranboy rayonunun əhalisi Qarabağ savaşında qəhrəmanlıqla döyüşmüş, Aşağı və Yuxarı Ağcakənd qəsəbələri, Gülüstan, Börü, Meşəli , Yenikənd və Yuxarı Ballıqaya kəndləri erməni işğalçılarından azad edilmişdir. Goranboylular bu döyüşlərdə 300 şəhid vermiş, 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Hazırda düşmənlə təmas xətti 68 km təşkil edir.
Goranboy görkəmli ictimai-dövlət xadimləri, elm və əmək adamları, ziyalıları ilə də Azərbaycan tarixində öz çəkisi olan rayonlarımızdan biridir. XIX əsrin görkəmli ictimai xadimi, məhşur “Qarabağnamə” əsərinin müəllifi Mirzə Adığözəl bəy, tanınmış publisist, Azərbaycan teatr sənətinin inkişafında müstəsna xidmətləri olan Əsgər Ağa Gorani, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, Azərbaycanda ədliyyə- məhkəmə və poçt-teleqraf sistemlərinin qurucusu, ilk Ədliyyə və Poçt-Teleqraf nazirləri vəzifələrində işləmiş Aslan bəy Səfikürdinski, Azərbaycanın ən məhşür Xalq Qəhrəmanı Alı Adıgözəlov (Dəli Alı), Sovet İttifaqı qəhrəmanları Məmməd Məhərrəmov və İdris Süleymanov, ilk dəfə 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış Bəsti Bağırova,  görkəmli şair Nigar Rəfibəyli, tanınmış elm xadimləri, ziyalılar Qori Seminariyasının məzunu  Rəhimbəy Qulubəyov, Ziya Bünyadzadə, Mikayıl Qulubəyov,Mikayıl Rəfili, Cabbar Axundov, yeniyetmələr arasında ilk Olimpiya çempionu Elman Muxtarov kimi goranboylular öz adlarını Azərbaycanın tanınmış insanlarının siyahısına qızıl hərflərlə yazdırmışlar.
Goranboy rayonunun inkişafı birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev 3 dəfə; 1978, 1982 və 2002- ci illərdə rayonumuza səfər etmiş və Goranboyun Respublikanın həyatında xüsusi əhəmiyyətinin olduğuna diqqət çəkərək vurğulamışdır : “Goranboy rayonu Azərbaycanın iri, çox böyük iqtisadi potensiala malik olan və strateji xarakter daşıyan rayonudur.”
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq etdiyiniz Dövlət Proqramlarına uyğun olaraq Goranboy rayonu da davamlı inkişaf etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rayonumuza etdiyi 7 səfərin hər biri bu inkişafa ciddi təkan vermiş, yeni-yeni infarstruktur layihələrin reallaşması ilə nəticələnmişdir. Bu gün rayonda fəaliyyət göstərən 10-dan artıq iri sənaye – istehsal müəssisələrinin yaranması, məhz cənab Prezidentimizin adı ilə bağlıdır.
Cənab Prezidentin müvafiq sərəncamları və tapşırığı ilə, rayonun  9 yaşayış məntəqəsinin elektrik təsərrüfatı yenidən qurulmuş, 33 yaşayış məntəqəsində SİB kabelləşmə işləri aparılmış, 159 subartezian quyusu qazılmış, uzunluğu - 52 km olmaqla, 41 min hektar kənd təsərrüfatına yararlı sahələrin suvarılması məqsədi ilə Şəmkir Maşın Kanalın 3-cü növbə çəkilişləri aparılır.  Goranboy şəhər əhalisinin  içməli su təminatını yaxşılaşdırmaq məqsədi ilə, Murovdağ su mənbəyindən uzunluğu 47 km olan su xətti çəkilmişdir.
2020-ci il mart ayının 3-də şəxsən cənab Prezidentimizin iştirakı ilə, 130 çarpayılıq 4 mərtəbəli müasir Mərkəzi Xəstəxananın, “Azərxalça” ASC-nin rayon filialının, 32 min nəfər əhalinin yaşadığı, 15 məntəqəni birləşdirən 40 km uzunluğunda Qızılhacılı-Goranbov-Borsunlu avtomobil yolunun açılışları olmuşdur. Ümumilikdə, son 17 ildə 213 km asfalt yol şəkilmişdir.
Həmçinin cənab Prezidentin tapşırığı əsasında, cari ildə Goranboy şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzi üçün yeni və müasir ibina, 40 mənzilli 5 mərtəbəli yaşayış binası istifadəyə verilmiş, Dəliməmmədli şəhərində 8 mənzilli 2 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmış, binanın kommunal təhcizatı ilə bağlı son  işlər həyata keçirilıir.
Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkının ərazisi genişləndirilərək müasir üslubda yenilənmişdir. Parkda 5 min 200 kv.m tomet piltə düzülmüş,  2 min 800 ədəd  gül kolları əkilmiş, 16 ədəd gül qabları, 26 ədəd yeni oturacaqlar, 56 ədəd işıq dirəkləri, 2 ədəd bulaq və sanitar qovşaq əhalinin istifadəsinə verilmişdir. Rayonda aqrar sahənin inkişafında cənab Prezidentimizin təşəbbüsü ilə, 4,7 min ha sahədə yaradılmış yaradılmış “Region Aqro” nun xüsusi payı vardır.
Hazırda rayonumuzada  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə, 30 min nəfər əhalinin istifadə etdiyi 8 kəndi birləşdirən 38 km Əlirzalı–Xan Qərvənd–Yeniyol-Təklə-Aşağı Ballıqaya-Səfikürd–Rəhimli-Tap Qaraqoyunlu yolunun, Goranboy şəhər Olimpiya İdman Kompleksinin  və Birinci  Vitse-Prezidenti Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun  təşəbbüsü ilə Goranboy şəhər 1 nömrəli tam orta məktəbi üçün 700 şagird yerlik yeni məktəbin tikinti işləri surətlə davam etdirilir.
Ümumilikdə, son 17 ildə rayonun sosial iqtisadi inkişafına cənab Prezidentin Ehtiyyat Fondundan və dövlət büdcəsindən 112, 9 milyon manat vəsait ayrılmışdır.

Əziz goranboylular.

-Goranboyun inzibati rayon kimi yaradılmasının 90 illiyi münasibəti ilə, sizləri  təbrik edir, rayonumuzun hərtərəfli inkişafı yolunda hər birinizə uğurlar arzu edirik.

 

Keçidlər