Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti Başçısı Məhərrəm Quliyev Goranboy şəhərində Şəhidlər Xatirə Kompleksində aparılan bərpa-yenidənqurma işləri ilə yerində tanış oldu.

29 iyul 2020 | 16:00

İcra başçısı Kompleksdə inşa edilmiş Milli Qəhrəmanlara aid büstlərin yenilənməsi, ərazidə daha geniş səliqə-səhman işlərinin aparılması və abidənin ətrafında gül kollarının əkilməsi ilə bağlı aidiyəti şəxslərlə birgə müvafiq müzakirələr apardı. Məhərrəm Quliyev qeyd etdi ki, goranboyluların müqəddəs ziyarət ünvanına çevrilmiş Şəhidlər Xatirə Kompleksi lazımi səviyyədə bərpa olunmalı, burada gələcəkdə məktəblilərin  tarix fənni üzrə  bəzi açıq dərslərinin, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda  tədbirlərinin keçirilməsi təmin edilməlidir.

 

Keçidlər