Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və idman sahəsi diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 16 il ərzində gənclər siyasəti uğurla davam etdirilmişdir
Dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə gənclərin inkişafı ilə bağlı mühüm dövlət proqramları və strategiyaları qəbul olunub. Gənclər Mərkəzləri, Gənclər evləri, Olimpiya İdman Kompleksləri istifadəyə verilib.
Hazırda gənclər siyasəti dövlətimizin sosial-siyasət kursunun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir. Ulu öndərin milli dövlətçilik irsini bu sahədə də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi və hərbi qüdrəti, siyasi nüfuzu regional və qlobal miqyasda davamlı olaraq artan respublikamızda gənclərin hərtərəfli inkişafı üçün mühüm addımlar atır. Onların intellektual və innovativ yaradıcılq potensialının reallaşmasına şərait yaradan, ictimai təşəbbüslərini dəstəkləyən lazımi qərarlar qəbul edir.
Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan «Azərbaycan gənclərinin inkişaf strategiyası (2015-2025-ci illər)», «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramı gənclərin yaradıcı innovativ potensialının üzə çıxarılmasına, azərbaycançılıq və dövlətçilik prinsipi əsasında tərbiyəsinə, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə, sağlamlığının qorunmasına, təhsil və məşğulluq məsələlərinə, qərarların qəbulu prosesində iştirakının artırılması və s. məsələlərə yeni imkanlar yaradır.
Gənclər dövlətimizin dəstəyi ilə mühüm yerli və beynəlxalq tədbirlərdə uğurla çıxış edir, ölkəmizi dünyada tanıdır. Təsadüfi deyildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən «Xocalıya ədalət» beynəlxalq kompaniyası çərçivəsində bir sıra ölkələr və beynəlxalq qurumlar Xocalı soyqırımını tanıyıb.
Hesabat ilində rayonda da «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramının icrası istiqamətində tədbirlər davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq rayon mərkəzində Olimpiya İdman Kompleksinin tikintisinə başlanılmış və 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Goranboy rayonunun əhalisinin 32 min nəfərini gənclər təşkil edir.

İdmanın yüksəlişində Milli Olimpiya Komitəsi lokomotiv rol oynamışdır. 1997-ci ildə MOK-nin prezidenti seçilmiş cənab İlham Əliyev idmanın inkişafını daim diqqət mərkəzində saxlamışdır. Cəmi 21 il ərzində ölkənin idman infrastrukturu müasir tələblər səviyyəsində tamamilə yenidən qurulmuş, milli müstəqilliyin bərpasından əvvəl bir idman uğuru ilə yadda qalmamış, Azərbaycan nəinki beynəlxalq turnirlərdə misilsiz uğurlara imza atmış, həm də irimiqyaslı idman tədbirlərinə ev sahibliyi etmək bacarığı nümayiş etdirmişdir. Təkcə 1 Avropa Oyunlarının Yay Olimpiya Oyunları səviyyəsində təşkilini qeyd etmək kifayətdir.

2018-ci il də idman sahəsində çox uğurlu il kimi yadda qalmışdır. Belə ki, idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynədxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilmişdir. İndi gözəl gənc nəsil yetişir. Gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda idmançılarımızın gözəl nəticələri bunu bir daha təsdiq edir. İdmançılarımız RİO olimpiya oyunlarında 18 medal qazanmışdır.
Son illər idman infrastrukturunun yaradılması işində böyük uğurlar əldə edilmişdir. Artıq rayonlarda 44 Olimpiya İdman Mərkəzi tikilib və fəaliyyət göstərir. 2019-cu ildə daha 3 Olimpiya İdman Mərkəzi tikiləcək və onların sayı 47-yə çatacaqdır.
Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib. 2018-ci ildə ölkəmizdə dünya, Avropa çempionatları keçirilmişdir.
2018-ci il rayonumuzun idmançıları üçün də uğurlu olmuşdur. Uşaq Gənclər İdman şahmat Məktəbinin idmançıları bir sıra beynəlxalq turnirlərdə və respublika birinciliyi yarışlarında müsbət nəticələr əldə etmişlər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş Universal döyüş idman növü üzrə beynəlxalq turnirdə 30 kq çəkidə Məhəmməd Əliyev, 50 kq çəkidə Ruslan Həsənov, 60 kq çəkidə Fərman Məmmədov 1 yer, 30 kq çəkidə Ramil Məmmədov, 25 kq çəkidə Nicat Məmmədov, 33 kq çəkidə Adil Məmmədov, 80 kq çəkidə Murad Tağızadə 2 yer, 40 kq çəkidə Məhərrəm Abdullayev və 55 kq çəkidə Səbuhi Məsruru 3 yer tutmuşdur. Budo döyüş növü üzrə 40 kq çəkidə Məhərrəm Abdullayev, 55 kq çəkidə Raul Qurbanov, 30 kq çəkidə Muraz Süleymanov Azərbaycan çempionatında 1 yer, 42 kq çəkidə Orxan İsgəndərov yeniyetmələrin XI Respublika Oyunları proqramına daxil olan Yunan-Roma güləşi üzrə final yarışında 1 yer, Təhsil Respublika İdman Mərkəzinin Yunan-Roma güləş idman növü üzrə respublika birinciliyində 38 kq çəkidə Emil Əliyev 1 yer, IX Açıq Respublika Oyunları proqramına daxil olan ağır atletika üzrə respublika birinciliyində 50 kq çəkidə Rufan Məmmədzadə, 56 kq çəkidə İmaməli Əliyev 1 yer tutmuşlar. 2019-cu ildə Olimpiya İdman Kompleksi istifadəyə verildikdən sonra rayonda olimpiya, dünya, avropa və respublika çempionlarının sayı artacaqdır.

Keçidlər