Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

«Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda 2018-ci ildə
nəzərdə tutulmuş işlərin icrası vəziyyəti
_________________________________

Rayonda cins heyvandarlıq, bağçılıq, taxılçılıq, pambıqçılıq, istixana şəraitində tərəvəzçilik və digər bitkiçilik sahələrinin istehsalı və emalı istiqamətində işlər davam etdirilmişdir. İl ərzində rayonda cins heyvanların baş sayı 846-ya çatdırılmış, 1 ədəd istixana tikilmişdir.
Taxıl məhsullarının tədarükü, saxlanılması və satışı anbarı kompleksinin yaradılması məqsədi ilə 2000 tonluq soyuducu anbar istfiadəyə verilmiş, rayonda yaradılmış «Region Aqropark»ın ərazisində 18 min ton tutumu olan taxıl terminalı və toxum istehsalı və qablaşdırılması müəssisəsi istifadəyə verilmişdir.
Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi bazasının möhkəmləndirilməsi məqsədilə Muzdurlar kəndində 240 başlıq Heyvandarlıq Kompleksinin tikintisi başa çatmışdır. Həmin kompleksdə gələcəkdə 920 baş cins heyvanların saxlanılması və ərazidə süd emalı müəssisəsinin tikintisi nəzərdə tutulmuşdur.
Bundan əlavə rayonun İrəvanlı kəndində Heyvandarlıq Kompleksi tikilmişdir. Ərazidə ət kəsimi məntəqəsinin tikintisinə başlanılmışdır.
Rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün 166 mindən çox ağac və gül kolları əkilmişdir.
Rayon ərazisində avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri davam etdirilmiş, 37.075 kilometr uzunluğunda Goranboy-Yuxarı Ağcakənd, 20 kilometr uzunluğunda Dəliməmmədli-Muzdurlar-Qırıqlı, 14 kilometr uzunluğunda Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolları istismara verilmişdir.
Şəhərdaxili və qəsəbədaxili yolların asfaltlaşdırılması davam etdirilmiş, Goranboy şəhərinin C.Cabbarlı, M.Məhərrəmov, Mirqalib Nağıyev və H.Hacıyev küçələrinə asfalt örtük salınmışdır.
Rayon əhalisinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə 20-dən artıq yaşayış məntəqəsinin elektrik təsərrüfatı yenidən qurulmuş, 329 km SİB kabel çəkilmiş, 9948 ədəd metal dayaq, 133 ədəd yeni transformator qoyulmuşdur. «Dəliməmmədli» yarımstansiyasında hər biri 40 meqavat amper gücündə olan iki transformator quraşdırılmışdır.
2018-ci ildə təbii qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması işləri davam etdirilmişdir. Goranlı, Yəhərçi Qazaxlar və Həmənli kəndləri qazlaşdırılmış, əhali təbii qazla təmin edilmişdir.
Rayonun torpaqlarının su təminatını yaxşılaşdırmaq üçün Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsi istifadəyə verilmişdir. 2018-ci ildə 20 ədəd subartezian quyusu qazılmışdır. Hazırda Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisi davam etdirilir.
Rayonda hərbi əməliyyatlar aparılmış ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işi 2018-ci ildə də aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə rayon Mərkəzi xəstəxanasının tikintisi üçün 23 milyon 035 manat vəsait ayrılmış, hazırda tikinti işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Olimpiya İdman Kompleksinin tikintisi aparılır.
Kələk kəndində Körpələr evi-uşaq bağçası üçün yeni bina tikilmiş, Xoylu kənd tam orta məktəbin əlavə tədris korpusu, Sarov kənd Körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuşdur.

 

Rayonda aqrar sahədə görülmüş işlər

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» və «Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlarla təmin edilməsinə əlavə dəstək haqqında» sərəncamları rayonda da aqrar sahənin inkişafına güclü təkan vermişdir. Xüsusilə gəlirli sahələr olan pambıqçılıq, tütünçülük, baramaçılığın inkişafına diqqət artırılmışdır.
2018-ci il rayonun aqrar sektoru üçün uğurlu il olmuşdur. Dənli bitkilər əkilmiş 19128 ha sahədə hər hektar üzrə orta məhsuldarlıq 29,6 sentner olmaqla 55646,2 ton məhsul istehsal edilmişdir. 1860,0 hektar sahədən 4709,2 ton günəbaxan, 435 hektar sahədən 3717,0 ton kartof, 1204,0 ha sahədən 8843,1 ton tərəvəz, 95,0 ha sahədən 2243,0 ton bostan, 466,1 ha sahədən 9999,8 ton şəkər çuğunduru, 8,0 ha sahədən 13,9 ton tütün, 19,0 ha sahədən 16,1 ton fındıq, 89,9 ha sahədən 1258,6 ton üzüm, 2853,2 ha sahədən 19075,4 ton meyvə, 107,0 ha sahədən 856,0 ton birillik ot, 12950,0 ha sahədən 51372,0 ton yonca və 9 ton 808 kq barama istehsal olunmuşdur.
2018-ci məhsul ilində 5000,0 ha sahədə pambıq becərilmiş, kondinsiya çəkidə 9124,06 ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilmişdir.
2018-ci ildə bitkiçiliklə yanaşı heyvandarlıq sahəsində də məhsul istehsalında artım müşahidə olunmuşdur. İri buynuzlu mal-qaranın baş sayı 38522, xırda buynuzluların baş sayı isə 191304 baş olmuşdur.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması tədbirləri ötən ildə də davam etdirilmişdir. 1401 baş inək və düyələr süni mayalandırılmış, 683 baş sağlam buzov doğulmuşdur. «Aqrolizinq» ASC tərəfindən gətirilmiş cins heyvanlardan 11 baş rayona gətirilmiş, hazırda cins malların sayı 841 başdır.
Son illər rayon heyvandarlıq komplekslərinin təşkilinə maraq xüsusilə artmışdır. Muzdurlar kəndində ətlik-südlük istiqamətli heyvandarlıq kompleksində genişləndirilmə işləri davam etdirilmiş, 480 baş simmental cinsli inəklər bəslənmişdir. Kompleksin tikintisi yekunlaşdırıldıqdan sonra 920 baş malın saxlanması və kompleksin nəzdində süd emalı müəssisəsinin tikintisi nəzərdə tutulmuşdur.
2018-ci il ərzində 4824,9 ton ət, 32561,2 ton süd, 388,0 ton yun və 19 milyon 175 min ədəd yumurta istehsal edilmişdir.
«Region Aqropark»ın fəaliyyətə başlaması rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında öz nəticələrini verməkdədir. 326 hektar sahədə buğda əkilmiş, 1206,2 ton məhsul əldə olunmuş, məhsuldarlıq 37 sentner olmuşdur. 497 hektar sahədə arpa əkilmiş, 2087,4 ton məhsul götürülmüş, məhsuldarlıq 42 sentner təşkil etmişdir. 192 hektar saphədə pambıq əkilmiş, 205 ton məhsul istehsal edilmişdir. 323 hektar sahədə çuğundur əkilmiş, 6740 ton məhsul toplanmış, məhsuldarlıq 208,7 sentnerə yüksəlmişdir. 823 hektar qarğıdalı sahəsindən 3294,5 ton məhsul götürülmüş, məhsuldarlıq 40 sentner olmuşdur. 64 hektar kartof sahəsindən 640 ton məhsul yığılmışdır ki, bu, hər hektardan 100 sentner məhsuldarlıq deməkdir.

Aqrar bölmə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ümumi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilən aqrar islahatlar öz müsbət nəticəsini verməkdədir. Qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatında icra edilən islahatlar yüksək göstəricilərlə fərqlənir ki, bu da həm daxili tələbatın ödənilməsində, həm də ixracda özünü göstərir. Dövlət Statistika Komitəsinin məlumatları bunu bir daha təsdiq edir. 2018-ci ildə 6 milyard manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub. Bunun 3 milyard 135 milyon manatı heyvandarlıq, 3 milyard 69 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Ötən illə müqayisədə kənd təsərrüfatında məhsul istehsalı 5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə 7,4 faiz artıb.
Bitkiçilikdə ən çox məhsul artımı pambıqçılıq sahəsində qeydə alınıb. 2018-ci ildə 220 min tondan çox məhsul tədarük olunmuşdur ki, bu da keçən ilin eyni dövründə təhvil verilmiş məhsuldan 13,5 faiz çoxdur.
Hesabat dövründə, həmçinin meyvə və giləmeyvə, üzüm, yaşıl çay yığımında da artım əldə edilib,
Dənli bitkilər, o cümlədən buğda istehsalı strateji əhəmiyyət daşıyır. Buna görə dövlət taxılçılığın inkişafına hərtərəfli dəstək verir.
Noyabrın 1-dək payızlıq, yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahələri biçilmiş, sahələrdən 3 milyon 57,7 min ton və ötən ilin eyni dörü ilə müqayisədə 13,6 faiz çox məhsul götürülüb.
Digər sahələrə gəldikdə, tərəvəzçilikdə keçən ilin müvafiq dövrünə nisbətən 5,6, bostançılıqda 8,2 faiz artım olub. Məhsul istehsalının artmasında istixanalırn rolu danılmazdır. Məhz istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 13,2 faiz, xiyarın istehsalı 15,2 faiz artıb.
Tərəvəzçilikdə məhsul istehsalının artmasında yeni yaradılan aqroparklar da önəmli rol oynayır. Məlum olduğu kimi, ölkə üzrə ümumilikdə 192 min hektar sahədə 45 aqroparkın yaradılması nəzərdə tutulub. Onların sayı artıq 13-ə çatmışdır.
Aqroparkların bir üstünlüyü ondadır ki, aqroparkda ilboyu məhsul istehsal etməklə məşğul olmalarıdır.
Heyvandarlıq sahəsində müsbət nəticələr əldə edilmişdirö Bu sahə üzrə ötən illə müqayisədə diri çəkidə ət istehsalı 3,1 faiz, süd istehsalı 2,2 faiz artıb.
Baramaçılıqda isə ən yüksək rekord qeydə alınıb. Belə ki, 2018-ci ildə 514 ton barama istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» və «Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlarla təmin edilməsinə əlavə dəstək haqqında» sərəncamları rayonda da aqrar sahənin inkişafına güclü təkan vermişdir.
Xüsusilə gəlirli sahələr olan pambıqçılıq, tütünçülük, baramaçılığın inkişafına diqqət artırılmışdır və artıq bu sahələrdə xeyli irəliləyişlər əldə edilmişdir.
2018-ci ilin statistik göstəriciləri onu göstərir ki, aqrar sahədə dinamik inkişaf müşahidə olunur. Dənli bitkilər əkilmiş 19128 hektar sahədən 55646,2 ton məhsukl istehsal edilmişdir ki, bu da 29,6 sentner məhsuldarlıq deməkdir.
1860 hektar sahədən 4709,2 ton günəbaxan, 435 hektar sahədən 3717 ton kartof, 1204 hektar sahədən 8843,1 ton tərəvəz, 95 hektar sahədən 2243 ton bostan, 466,1 hektar sahədən 9999,8 ton şəkər çuğunduru, 8 hektar sahədən 13,9 ton tütün, 19 hektar sahədən 16,1 ton fındıq, 89,9 hektar sahədən 1258,6 ton üzüm, 2853,2 hektar sahədən 19075,4 ton meyvə, 107 hektar sahədən 856 ton birillik ot, 12950 hektar sahədən 51372 ton yonca və 9 ton 808 kq barama istehsal edilmişdir. 5000 hektar sahədə pambıq becərilmiş, kondisiya çəkidə 9124,06 ton məhsul istehsal edilərək qəbul məntəqələrinə təhvil verilmişdir.
Heyvandarlıq məhsullarının istehsalı da artmışdır. Hazırda rayonda 38522 baş iribuynuzlu, 191304 baş isə xırda buynuzlu mal-qara vardır.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması tədbirləri 2018-ci ildə də davam etdirilmişdir. 1401 baş inək və düyələr süni mayalandırılmış, 683 baş sağlam buzov doğulmuşdur. İl ərzində «Aqrolizinq» ASC tərəfindən 11 baş cins heyvan gətirilərək onların sayı 841 başa çatdırılmışdır.
Son illər rayonda yeni heyvandarlıq kompleksləri yaradılır. Muzdurlar kəndində ətlik-südlük istiqamətli heyvandarlıq kompleksində genişləndirmə işləri davam etdirilmiş, 480 baş «Simmental» cinsli inəklər bəslənilmişdir. Kompleksin tikintisi başa çatdırıldıqdan sonra 920 baş malın saxlanması və kompleksin nəzdində süd emalı müəssisəsinin tikintisi nəzərdə tutulmuşdur.
2018-ci ildə 4824,9 ton ət, 32561,2 ton süd, 388 ton yun və 19 milyon 175 min ədəd yumurta istehsal edilmişdir.
Rayonda «Region Aqropark»ın yaradılması kənd təsərrüfatı məhsulları istehsalının həcminin artmasına öz töhfəsini verməkdədir. Buğda əkilmiş 326 hektar sahədən 1206,2 ton (məhsuldarlıq 37 sentner), arpa əkilmiş497 hektar sahədən 2087,4 ton (məhsuldarlıq 42 sentner) məhsul əldə edilmişdir.
192 hektar sahədən 205 ton pambıq, 323 hektar sahədən 6740 ton çuğundur, 823 hektar sahədən 3294,5 ton qarğıdalı, 74 hektar sahədən 640 ton kartof istehsal edilmişdir.
2018-ci ildə də kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət yardımlarının verilməsi davam etdirilmişdir.
Pambıq istehsalçılarının 2017-ci ildə istehsal edib tədarük məntəqələrinə satdığı pambığa görə 2018-ci ildə 529 nəfər pambıq istehsalçısına 4507,6 hektar üzrə təhvil verilmiş 6942,6 ton pambığa görə 694256,2 manat, 55 nəfər şəkər çuğunduru istehsalçısına 260,1 hektar üzrə təhvil verilmiş 6162,4 ton çuğundura görə 24649,5 manat dövlət yardımı hesablanılmışdır. Bundan əlavə kənd təsərrüfatı məhsulları istehsalçılarına becərdikləri əkin sahəsinə sərf olunan yanacaq, motor yağlarına görə 12829 nəfər istehsalçıya becərdiyi 28343,44 hektar əkin sahəsinə görə 1735993,6 manat, o cümlədən buğda istehsalçısına becərdiyi 7970,54 hektar əkin sahəsinə 717348,6 manat, 82 nəfər barama istehsalçısının becərdikləri 254,6 qutu tut ipək qurdundan istehsal etdikləri 9628,95 kq yaş baramaya görə 48144,75 manat, 74 nəfər arıçının bəslədiyi 1800 arı ailələrinə görə 18000 manat dövlət yardımı hesablanılıb. Bundan başqa 594 istehsalçıya süni mayalanma yolu ilə alınmış 746 baş buzova görə 74600 manat dövlət yardımı verilmişdir.

Meliorasiya

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son on beş ildə meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi sahəsində çox böyük işlər görülmüşdür. 2004-2017-ci illərdə 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2,4 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 300 min hektar sahədə torpaqların su təminatının və 256 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir.
Mövcud torpaq mühafizə bəndlərinin 800 km-dən artıq hissəsi əsaslı surətdə hündürlənmiş və möhkəmlənmiş, çaylarda sel və daşqınlara qarşı 183 kilometrdən artıq mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 1959 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sututumu 456 milyon kub metr olan 4 nəhəng su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sututumu 15,5 milyon kub metr olan 3 su anbarı isə (Pirsaatçay, Laqolovoçay, Ləvain) təmir-bərpa edilmiş, suvarma və kolelktor-drenaj şəbəkələrində 671 milyon kub metr həcmində lildən təmizlənmə işləri görülmüş, 73 min ədəd hidrotexniki qurğu təmir edilmişdir.
«Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda respublikanın 50 rayon və 3 şəhərində həyata keçirilməsi nəzərdə tutulan meliorasiya-irriqasiya, eləcə də sel və daşqınlara qarşı mübarizə tədbirləri davam etdirilərək dörd ildə 223 min hektar suvarılan torpaqların su təminatı və 82 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 103 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, sel və daşqınlara qarşı 17 km-ə yaxın sahilbərkitmə işləri həyata keçirilmişdir. Suvarma və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün istifadəyə verilmiş 1067 ədəd subartezian quyusunun 1000 ədədi proqramın icrası dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına həyata keçirilmişdir.
2018-ci ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin reallaşması nəticəsində kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaranmışdır. 2018-ci ildə respublika üzrə 1447 min hektar sahədə kənd təsərrüfatı bitkiləri suvarma suyu ilə təmin edilmişdir. 62 min kub metr həcmində lildən təmizlənmə işləri görülmüş, 5900 hidrotexniki qurğu, 156 subartezian quyusunun, 270 nasos və mühərrik təmir edilmişdir. Çay məcralarında 10,3 min kub metr həcmində məcratəmizləmə işləri aparılmış, 10 min kub metr sax-daş, faşin və qabion bəndlər quraşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş dövlət proqramlarında, Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadəsinə geniş imkanlar yaranacaqdır.
Son illər rayonda da suvarma suyu ilə təminat sahəsində çox mühüm layihə reallaşdırılıb. Belə ki, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək Yolu ilə kəsişmə qurğusunun və onun 4,95 kilometrlik hissəsi istifadəyə verilmişdir. Nəticədə 8 min hektar sahəyə suvarma suyunun verilməsi təmin edilib. Bundan əlavə Subartezian quyularının istismarı idarəsi 2018-ci ildə Yuxarı Qarabağ kanalından 4 ədəd nasos stansiyaları vasitəsilə 23000 min kub metr, 843 ədəd subartezian quyuları vasitəsilə 276100 min kub metr suvarma suyu çıxarılaraq əkin sahələrinə verilmişdir. Bununla da 28000 hektar əkin sahəsinin 5,3 dəfədən çox suvarılması təmin edilmişdir.
Suvarma suyunun davamlı verilməsini təmin etmək üçün Səfikürd nasos stansiyasının II pilləsində 1 ədəd 800 kvt-luq elektrik mühərriki, 1 ədəd D-3200/75 markalı nasos, Boluslu nasos stansiyasında 2 ədəd 315 kvt-luq elektrik mühərriki, 2 ədəd D-630/90 markalı nasoslar, Borsunlu nasos stansiyasının III pilləsində 1 ədəd D-2000/100 markalı, Qızılhacılı nasos stansiyasında 1 ədəd D-1250/125 markalı nasos əsaslı təmir edilmişdir. Su itkisinin qarşısının alınması məqsədilə 6 km-lik boru kəmərlərində hissə-hissə təmir işləri aparılmışdır.
519 ədəd subartezian quyusunun nasosları əsaslı təmir olunmuş, 63 ədəd subartezian quyusuna təzə nasoslar quraşdırılmışdır.
2018-ci ildə 18 ədəd yeni subartezian quyusu qazılmışdır ki, bu da əlavə olaraq 630 hektar əkin sahəsinin suvarılması deməkdir.
2018-ci ildə Suvarma sistemləri idarəsi 20000 hektar əkin sahələrinin suvarılmasını təmin etmək üçün 14 sudan istifadəedənlər birlikləri ilə müqavilə bağlamış, birliklər il ərzində mənbələrdən 64798 kub metr suvarma suyu götürərək sahələrə 46012 kub metr suvarma suyunun verilməsitəmin edilmişdir. Suvarma suyunun saşhələrə itkisiz çatdırılması üçün arxlarda 603,3 min kub metr lildən və kol-kosdan təmizlənmə işləri aparılmışdır.
Çaylarda selə və daşqına qarşı mübarizə məqsədilə çay məcrasında 126,8 min kub metr nizamlama işləri görülmüşdür.

Qaz

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət Proqramının icrasının dördüncü ilinin yekunları»na həsr olunmuş konfransda ölkənin qazlaşdırılması ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində görülən işləri qənaətbəxş qiymətləndirmişdir. Qazlaşma proqramına əsasən 2018-ci il ərzində respublikanın regionlarında 42 inzibati rayon üzrə 79 yaşayış məntəqəsi, o cümlədən Tərtər rayonunun cəbhə bölgəsindəki 8 yaşayış məntəqəsi, Ağdam, Ağcabədi və Sabirabad rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 4 qəsəbə qazlaşdırılmışdır.
Dövlət başçısının müvafiq sərəncamına əsasən yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar 100 milyon manat vəsait ayrılmış, məhz bununla da ölkə üzrə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması barədə tapşırıq verilmişdir. Artıq noyabrın 1-nə olan göstəricilərə görə ölkə üzrə qazlaşma səviyyəsi 95 faiz icra olunmuşdur. Yeni qazlaşdırılan bütün yaşayış məntəqələrində şəbəkənin qurulması «bir pilləli» tənzimləmə sistemi əsasında aparılmışdır ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara verilən qazın sabiq rejimdə saxlanılmasına zəmin yaradır. Ümumilikdə 2009-cu ildən bu günə kimi aparılmış işlərin nəticəsi olaraq 51406,8 km uzunluğunda qaz kəmərləri quraşdırılmış, 9310,3 km uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmiş, 1514 yaşayış məntəqəsinə təbii qaz verilmişdir.
2018-ci ildə də rayonda yaşayış məntəqələrinin qazlaşdırılması həyata keçirilmişdir. Qazla təmin olunmamış Yəhərçi Qazaxlar, Həmənli və Goranlı kəndlərində 330 abonenti təbii qazla təmin etmək üçün qaz xətləri çəkilmiş, sayğaclar quraşdırılmış, hər üç kənddə açılış mərasimləri keçirilmişdir. Əhalinin fasiləsiz qazla təminatı üçün təmir işləri aparılmış, yararsız hala düşmüş qaz xətləri yenisi ilə əvəz olunmuşdur. Belə ki, 268 ədəd qaz sayğacı həyətyanı sahələrdən çölə çıxarılmış, 548 ədəd siyirtməyə və 175 ədəd QTÇ-yə texniki baxış keçirilmiş, 21 ədəd d-50 mm-lik siyirtmə, 19 ədəd QİÇ təmir edilmişdir.
Abonentlərin qaz təminatının yaxşılaşdırılması məqsədilə İrəvanlı kəndində d-108 mm-lik, d-57 mm-lik və d-40 mm-lik polad boru ilə 2465 p/m, Nadirkənd kəndində d-76 mm-lik və d-108 mm-lik polad boru ilə 4500 p/m, Rəhimli kəndində d-57 mm-lik boru ilə 3000 p/m, Şahməmmədli kəndində 1500 p/m, Abbasqulular kəndində d-89 mm-lik və d-57 mm-lik polad boru ilə 5000 p/m, Borsunlu kəndində d-57 mm-lik polad boru ilə 4500 p/m, Xocalıların məskunlaşdığı şəhərcikdə PE-110 mm-lik, PE-163 mm-lik polietilen boru ilə 1923 p/m, Goranboy şəhəri Vaqif küçəsində d-57 mm-lik boru ilə 265 p/m, S.Civəzadə küçəsində d-76 mm-lik v əd-32 mm-lik polad boru ilə 893 p/m qaz xətti çəkilərək rənglənmişdir.
Eyni zamanda 19 ədəd ŞQTM-200 tipli qaz tənzimləyiciləri və 3 ədəd ŞQTM-400 tipli qaz tənzimləyiciləri quraşdırılmış, 8 ədəd qaz tənzimləyici şkaflar təmir olunmuşdur.
Goranboy şəhərində abonentlərin qaz təminatını yaxşılaşdırmaq məqsədi ilə Z.İsmayılov küçəsində d-57 mm-lik polad boru ilə 293 p/m, Ə.Gorani küçəsində d-57 mm-lik polad boru ilə 281,42 p/m yeni qaz xətləri çəkilmişdir.
2018-ci ildə 233 abonentin G4 tipli qaz sayğacı SMART tipli qaz sayğacı ilə əvəz olunmuş, 1042 abonentin G4 tipli qaz sayğacının istismar müddəti bitdiyi üçün yenisi qoyulmuşdur.
İl ərzində qazın qəbulu 41215,951 kub metr, qazın satışı isə 34226,01 kub metr olmuşdur.

Sosial müdafiə

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasında əhalinin həyat səviyyəsinin təmin edilməsi və sosial ədalət prinsipinin üstünlüyü ön planda dayanmış, sosial cəhətdən həssas qrupların cəmiyyətin digər üzvləri ilə bərabərhüquqlu və dolğun mühafizəsinə xidmət edən etibarlı və əhatəli sosial sistemin formalaşdırılması bu strategiyanın ana xəttini təşkil edir.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradıb. Dövlət başçısının «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçularının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» 19 aprel 2018-ci il tarixli fərmanı şəhid hərbi qulluqçuların ailə üzvlərinə xüsusi qayğının daha bir əyani təsdiqidir.
Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatı proqramları da ildən-ilə uğurla davam etdirilir. 2018-ci ildə daha 35 mənzilin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə, 136 minik avtomobilinin Qarabağ, Böyük Vətən Müharibəsi, Çernobıl əlillərinə təqdim olunması da bunu bir daha təsdiq edir.
Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli «Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» fərmanı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin və DOST mərkəzlərinin yaradılmasına təminat vermişdir. Beləliklə aztəminatlı ailələr, əlilliyi olan insanlar, pensiyaçılar, işsiz və işaxtaran şəxslər, sığorta olunanlar, sığorta edənlər və s. DOST mərkəzləri vasitəsilə onlara istiqamətlənən xidmətlərə yaxın olacaqlar, bu xidmətlərlə onlar arasında bürokratiya və süründürməçiliyə şərait yaradan maneələr təm aradan qalxacaq. DOST mərkəzinə üz tutmaqla vətəndaşlar elektron qaydada, yaxud çağrı mərkəzi ilə müraciət etməklə əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya və s. ilə bağlı hazırda və eyni zamanda gələcəkdə əldə edə biləcəyi xidmətlər barədə məlumat alacaq.
Dövlət başçısının tapşırığına uyğun olaraq 2018-ci ildə 7 min insanın özünüməşğulluq proqramında iştirakı və ailə təsərrüfatlarını yaratmaları planlaşdırılıb. Bu il bu proqrama cəlb olunmaq üçün müraciət edənlərin 1 oktyabr tarixinə artıq 7303 nəfəri təlim kurslarına göndərilib və proses davam etdirilir. Kursları bitirənlərdən isə artıq 5855 nəfərin biznes planı qiymətləndirmə zamanı uğurlu hesab edilib.
Göründüyü kimi Prezident İlham Əliyev tərəfindən ölkədə həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan uğurlu siyasət əhalinin sosial müdafiəsinin güclənməsinə, sosial cəhətdən həssas əhali qruplarına qayğının davamlı olaraq artırılmasına, dövlət sosial xidmətlərinin təkmilləşməsinə geniş imkanlar açır.
Mənzillə təminat proqramı kimi sosial rifahda olduqca yer tutan tədbirlərin miqyası son illər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində daha da genişlənib. Belə ki, ölkədə sosial ədalətin təminatında və sosial siyasətdə humanitar prinsiplərin güclənməsində xüsusi önəm kəsb edən xeyirxah təşəbbüs kimi Heydər Əliyev Fondunun sosial əhəmiyyətli layihəsi – valideyn himayəsindən məhrum olan uşaqların mənzillə təmin olunması layihəsi xüsusi vurğulanmalıdır.
Prezident İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısı belə bir vacib layihənin ölkəmizdə uğurla gerçəkləşməsinə şərait yaradıb. Artıq Abşeron rayonunda iki çoxmənzilli yaşayış binası tikilərək dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki validenini itirmiş və valideyn himayəsindən məhrum gənclərin istifadəsinə verilib. Burada 243 gənc mənzillə təmin olunub.
Ölkəmizdə tətbiq olunan sığorta pensiya sistemi pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkan vermişdir.
2018-ci ildə rayonda əmək pensiyalarının vaxtında ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondundan ayrılan subsidiya hər ay vaxtında rayon şöbəsinin hesabına daxil olmuş və pensiya ödənişləri gecikdirilmədən həyata keçirilmişdir. Hazırda rayonda 11969 nəfər əmək pensiyasına xidmət göstərilir ki, bunlardan 9878 nəfəri işləməyən, 2091 nəfəri isə işləyən pensiyaçılardır.
Hər il olduğu kimi 2018-ci ilin birinci yarım ili ərzində də əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanmışdır. «Əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə» dövlət başçısının sərəncamı ilə 01 yanvar 2018-ci il tarixdən əmək pensiyaçılarının pensiyasının sığorta hissəsi 5,7 faiz indeksləşdirilərək artırılması həyata keçirilmişdir.
Aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının təyin edilməsi elektron hökumət portalı vasitəsilə vətəndaşların elektron müraciətləri əsasında həyata keçirilir. 2018-ci ildə ünvanlı dövlət sosial yardımı alan ailələr rayon üzrə 1050 nəfər təşkil etmişdir.
Hesabat ilində 71 nəfər tənha ahıl və əlil pensiyaçılara sosial xidmət göstərilmişdir. İl ərzində 42 nəfər əlil kimi pensiya alan vətəndaşlar respublikanın müxtəlif müalicə ocaqlarında müalicə almaq üçün sanatoriya-kurort yollayışı ilə təmin edilmiş, 4 nəfər pensiyaçı isə istirahət mərkəzlərinə göndərilmişdir.
2018-ci ildə dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə əlaqədar olaraq sığortaolunanların fərdi uçotunun təşkili sahəsində görülən işlər uğurla davam etdirilmiş və bu sahədə yeni mütərəqqi uçot sistemi tətbiq edilmişdir.

Əhalinin enerji ilə təminatı

Tarix boyu bəşəriyyətin inkişafında mühüm rol oynamış enerji amilinin müasir dünyamızda getdikcə artan əhəmiyyəti ölkələrin enerji təhlükəsizliyinin təminatı problemi XXI əsrin qlobal çağırışlarından birinə çevrilib.
Ölkəmizin bir əsrdən də çox tarixi olan elektroenergetika sisteminin sürətli inkişaf dövrü məhz Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Qafqazda ən iri elektrik stansiyası olan «Azərbaycan» İES, 1991-ci ildə Araz SES inşa olunmuş, 1972-ci ildə «2 saylı» Sumqayıt İstilik Enerji Mərkəzinin gücü 220 mvt-a çatdırılmış, 1976-1977-ci illərdə Sərsəng Su Anbarı və eyni adlı su elektrik stansiyası, 1982-ci ildə Şəmkir SES istifadəyə verilmişdir.
Ulu öndər Heydər Əliyevin milli strateji inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və ardıcıl siyasət nəticəsində 2003-cü ildən başlayaraq ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi energetika sahəsində də yeni nailiyyətlər əldə edilmişdir.
Azərbbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasının yanacaq enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı» və «Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» sərəncamı ölkənin hər bir yaşayış məntəqəsinin və istehsal obyektlərinin fasiləsiz və etibarlı enerjiyə çıxışı, enerji təhlükəsizliyinin təmin edilməsi, yeni enerji mənbələrinin yaradılması istiqamətində dönüş yaratdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində ümumi gücü 856,8 mvt olan 7 modul tipli elektrik stansiyası, 525 mvt gücündə qaz-turbin tipli «Sumqayıt» İES, 780 mvt-luq qaz-turbin tipli «Cənub» ES və ümumi gücü 151,4 mvt olan 13 SES istismara verilib.
2025-ci il üçün elektrik enerjisinə tələbatın 25-28 milyard kVt saata, pik gücə tələbatın isə 4500-4900 mvt-a qədər artacağı proqnozlaşdırılıb.
Azərbaycanın enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması da mühüm prioritetlərdəndir.
Ölkə üzrə bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 26940 mvt müəyyənləşdirilib.
Günəş enerjisi üzrə bu göstərici 23040, kürək enerjisi üzrə 3000, hidroenerji üzrə 520 mvt-dır.
Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi də potensialını gücləndirib.
Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 2,4 milyard kvt.s elektrik enerjisi idxal edilirdisə, 2017-ci ildə bu göstərici 107,8 milyon kvt.s-a qədər azalıb. İxrac isə əksinə, 1.282 milyard kvt.s-a qədər yüksəlib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası göstərir ki, Azərbaycan növbəti illərdə də bütün strateji hədəflərinə çatmağa müvəffəq olacaqdır.
Rayonda da elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilmişdir. Qızılhacılı qəsəbəsində 2000 metr SİB kabel çəkilmiş, 42 ədəd dəmir beton dayaq quraşdırılaraq 0,4 kv şəbəkənin istismar səviyyəsi yüksəldilmişdir. Rəhimli kəndində 400 kva KTM əsaslı təmir edilmiş, 10 kv hava xəttində 7 ədəd, Səfikürd kəndində 4 ədəd sıradan çıxmış ağac dayaq yeni dəmir beton dayaqla əvəz olunmuş, Nadirkənd kəndi ərazisində 6 kv hava xəttinin qüsurlu hissəsində 7 ədəd dəmir beton dayaq quraşdırılmışdır. Qaramusalı kəndində həyətyanı sahələrdən keçən açıq naqillər SİB kabellərlə əvəz olunmuş, 8 ədəd 0,4 kv ağac dayaqlar quraşdırılaraq həmin hissəyə SİB kabel çəkilmişdir. Kələk kəndində 400 kva KTM-də əsaslı təmir işləri aparılaraq kabellər yenilənmiş, 0,4 kv şəbəkəsində 8 ədəd 0,4 kv ağac dayaqlar quraşdırılmış, həmin hissədə SİB kabel çəkilmişdir.
Əlirzalı kəndində qeyri standart dayaqların əvəzinə yeni dayaqlar quraşdırılmış, 500 metr məsafədə SİB kabel çəkeilmişdir.
Abbasqulular kəndində 96 ədəd 0,4 kv-luq, 16 ədəd 10 kv-luq dəmir beton dayaqn quraşdırılmış, ümumilikdə 6292 metr SİB kabel çəkilmiş, 630 kva komplekt transformator məntəqəsi quraşdırılmışdır. 104 abonentin elektrik sayğacı müasir SMART kart tipli elektrik sayğacı ilə əvəz olunaraq yeni SİB şəbəkəyə qoşulmuşdur.
Mərkəzi xəstəxananın tikintisi ilə əlaqədar 3,8 km məsafədə 10 kv iki dövrəli hava xətti inşa olunaraq istismara verilmişdir.
2018-ci ildə əhali qrupu üzrə yeni abonentə 201 ədəd, qeyri-əhali qrupu üzrə 89 ədəd elektrik sayğacı quraşdırılmış, 1839 əhali, 300 isə qeyri əhali qrupu üzrə abonentin elektrik sayğacı müasir tipli sayğaclarla əvəz olunmuşdur.
Rayonda elektrik təsərrüfatının yenidən qurulması 2019-cu ildə də davam etdiriləcəkdir.

İçməli su

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdə sosial infrastrukturun əsas sahələrindən sayılan su təminatı və kanalizasiya sektorunda mühüm layihələr həyata keçirilir. Məhz bunun nəticəsidir ki, son 15 ildə içməli su ilə təmin olunan əhalinin sayı 2004-cü illə müqayisədə iki dəfədən çox, abonentlərin sayı isə 530 min artaraq 1 milyon 410 minə çatıb. Fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 29 faizdən 81,5 faizə, regionlarda isə 9 faizdən 43,4 faizə yüksəlib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihələrinin icrası uğurla davam etdirilir. Ölkə üzrə su və kanalizasiya layihələrinin icrasına başlanılmış 50 şəhər və rayon mərkəzinin 25-də həm su, həm də kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkəsinin tikintisi yekunlaşıb. Ötən müddətdə şəhər və rayon mərkəzləri ilə yanaşı, əhalinin sayı 630 min nəfər olan 520 kənddə içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı işlər görülüb. Təkcə Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq 28 rayonun 170 kəndində içməli su layihələri icra olunub.
Həmin kəndlərdə 530 km su xətti çəkilib, əhalinin ümumi istifadəsi üçün 1400-dən artıq bulaq quraşdırılıb. Həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 689 min kub metr olan 5 sutəmizləyici qurğu, 230 su anbarı və anbar kompleksi tikilib, 15 min km-dən çox magistral və paylayıcı su, 3500 km-dən artıq kanalizasiya xətti çəkilib, 308 ədəd artezian quyusu qazılıb.
2018-ci ildə Ağdaş, Qəbələ, Daşkəsən, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılıb.
İstehlakçılara göstərilən içməli su və kanalizasiya xidmətlərinin keyfiyyətinin daha da artırılması, bu xidmətlərdən daha çox insanın yararlanması barədə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq layihələrin icrası bundan sonra da uğurla davam etdiriləcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayon mərkəzlərinin içməli su və kanalizasiya sistemi yenidən qurulmuş, bu sahədəki problem aradan qaldırılmışdır.
Əhalinin keyfiyyətli içməli su təminatı rayonda da daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə 2018-ci ildə 12 ədəd su anbarı və 11 ədəd su çəni yuyularaq dezinfeksiya edilmişdir. Əhaliyə içməli suyun davamlı verilməsini təmin etmək üçün Dəliməmmədli şəhərində polad borunun 295 p/m, Veyisli kənd Yeni qəsəbə daxilində polad borunun 190 p/m, Qazanbulaq qəsəbəsində polad borunun 6 p/m yararsız vəziyyətə düşmüş hissəsi yenisi ilə əvəz olunmuşdur. Meşəli kəndində 1000 p/m, Yenikənd kəndində isə 3500 p/m müxtəlif diametrli polietilen borularla yeni xətt çəkilmişdir. Bundan əlavə Veyisli kəndi ərazisindəki yeni qəsəbəyə Səfikürd su anbarından 7,5 km məsafədə d-160 mm-lik polietilen boru ilə magistral su xətti çəkilmişdir. Yeni qəsəbənin daxilində 7 km d-32-160 mm-lik polietilen borularla küçə xətləri dəyişdirilmiş və əhali abonentlərinə 600 ədəd su sayğacı quraşdırılmışdır. Veyisli kəndində əhalinin ümumi istifadəsi üçün 5 ədəd, Veyisli kəndi ilə Yeni qəsəbənin arasında məskunlaşan məcburi köçkünlərə isə ümumi istifadə üçün 8 ədəd bulaq qoyulmuşdur.
Aşağı Ağcakənd qəsəbəsində yerləşən «N» saylı hərbi hissəyə 300 metr məsafədən d-32 mm-lik polietilen boru ilə su xətti çəkilmişdir. Hazırda Abbasqulular kəndində əhalinin ümumi istifadəsi üçün 8 ədəd bulağa su çəkilişi yekunlaşmışdır.
2018-ci ildə 12 ədəd subartezian nasosları təmir olunmuş, 2 ədədi yenisi ilə əvəz olunmuşdur. Balakürd kəndində 42, Şahməmmədli kəndində 131 fərdi yaşayış evinə içməli su xətti çəkilmişdir.

Yol

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 15 ildə uğurla həyata keçirdiyi siyasət Azərbaycanı regionda ən sürətlə inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətə çevirib. Xüsusilə ölkəmizin sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillərdən sayılan yol infrastrukturu sahəsində köklü dəyişikliklər baş verib, mühüm layihələr həyata keçirilib. Mühüm məqam respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması işlərinin geniş vüsət almasıdır. Dövlət başçısı 2018-ci ildə ən azı 600 kəndi əhatə edəcək 2 min kilometrdən artıq avtomobil yolu çəkilməsi kimi çox məsuliyətli tapşırıq qoyub.
Azərbaycan Prezidentinin tapşırığına əsasən 2018-ci ildə tərtib edilmiş Tədbirlər planına əsasən uzunluğu 415,2 km olan reypsblika əhəmiyyətli 11, Bakı şəhəri üzrə uzunluğu 107,8 km olan 13 və uzunluğu 1527,8 km olan 67 kəndlərarası avtomobil yolu layihəsi və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması və Bakı şəhərində 5 ədəd piyada keçidinin tikinti layihəsinin yerinə yerinə yetirilməsi nəzərdə tutulub. Artıq bu layihələr uğurla reallaşdırılmışdır.
Nəticədə 702 yaşayış məntəqəsində yaşayan 2,7 milyon nəfər əhalinin 2050,8 kilometr uzunluğunda rahat avtomobil yollarından istifadə etmələri təmin edilmişdir.
Göründüyü kimi qeyd olunan real faktlar bir daha onu sübut edir ki, Azərbaycanda yol infrastrukturunun inkişafı bu gün ölkənin əsas prioritetlərindən birinə çevrilib. Ölkə Prezidentinin imzaladığı sərəncamlar nəticəsində yol layihələrinin icrasına Prezidentin Ehtiyat Fondundan ayırdığı maliyyə yardımları bir daha dövlət başçısının Azərbaycan vətəndaşlarına qayğısının real nəticələridir.
Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, regionların simasını əsaslı şəkildə dəyişdirir. Habelə belə yollar nəqliyyatın və əhalinin rahat, təhlükəsiz, maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası, həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra edilir. Bu isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin nəticəsidir.
2018-ci il rayonun yol infrastrukturunun yaxşılaşdırılması sahəsində yadda qalan il olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə uzunluğu 20 km olan Dəliməmmədli-Muzdurlar-Qırıqlı, uzunluğu 14 km olan Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yoluna asfalt örtük salınmışdır. Hər iki avtomobil yolunun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Eyni zamanda Goanboy şəhərinin Cəfər Cabbarlı, Məmməd Məhərrəmov, Mirqalib Nağıyev, H.Hacıyev küçələrində əsaslı təmir işləri aparılmış, ümumilikdə 32000 kv.metr yeni asfalt beton örtük salınmışdır. Habelə Hazırəhmədli-Qarasuçu, Hazırəhmədli-Göynüyən avtomobil yoluna 5 km məsafədə, 2 km Muzdurlar-Yolpaq avtomobil yoluna asfalt beton örtük salınmışdır. 23 saylı Yol istismarı MMC-nin balansında olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında təmir işləri aparılmışdır.

 

 

 

Keçidlər